3 evə girib oğurluq edən şəxs: “İçkiliydim” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) ərizə ilə müraciət edən Bakı şəhər sakini Sulduz Şükürov oktyabrın 17-də Sabunçu qəsəbəsində yerləşən mənzilindən oğurluq edildiyini bildirib
 Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) ərizə ilə müraciət edən Bakı şəhər sakini Sulduz Şükürov oktyabrın 17-də Sabunçu qəsəbəsində yerləşən mənzilindən oğurluq edildiyini bildirib.

ARB TV xəbər verir ki, evin pəncərəsi sıldırılıb, oradan pul, məişət əşyaları və dəyəri 1600 manat olan televizoru oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lerik rayon sakini Ruslan Kərimov saxlanılıb. O, izahatında həmin evdən oğurluq etdiyini və oğurladığı əşyaları satdığını etiraf edib.

Ruslan Kərimov – Saxlanılan şəxs: “Qapı qıfıllı idi. İçkiliydim, evə girib televizoru götürdüm. Aparıb Sabunçu bazarında 130 manata satdım”.

Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onun Sabunçu qəsəbəsində yerləşən 2 fərdi yaşayış evindən oğurluq etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.