Rusiya ordusuna dəstək üçün Şimali Koreya əsgərlərinin cəbhə xəttinə göndərilməsi ilə bağlı müzakirələr davam edərkən, Ukrayna lideri Zelenski yeni addım atıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Zelenski Ukraynaya qoşun göndərilməsi ilə bağlı Fransa prezidenti Makronla görüşdüklərini açıqlayıb.
Qoşunların göndərilməsi ilə bağlı daha bir açıqlama İngiltərə tərəfindən edilib.
Britaniya naziri Lammi deyib ki, “Putin sizinlə danışa biləcəyiniz adam deyil”. Avropanın Ukraynaya qoşun göndərməsi ehtimalı 3-cü Dünya Müharibəsi ilə bağlı müzakirələri yenidən alovlandıra bilər.
Zelenski bunun sabit sülhün təmin olunmasına kömək edəcəyini iddia edir.
Zelenski Ukraynada sülhə gedən yolun sabitləşməsinə töhfə verə biləcək qüvvələrin mövcudluğu ilə bağlı Makronun təşəbbüsü üzərində işləməyə davam etdiklərini bildirib.
Makronun ofisi həmçinin bildirib ki, Fransa Ukraynaya dəstəyini mütləq prioritet elan edib və Ukraynanı Rusiyadan müdafiə etmək üçün lazımi vasitələrlə təmin etməyə davam edəcək.
Fransa liderinin ədalətli və davamlı sülhə qayıdış istiqamətində çalışmaq üçün Ukrayna və onun beynəlxalq tərəfdaşları ilə sıx dialoqu davam etdirəcəyi bildirilir.
Qeyd edək ki, Zelenskinin bu gün Belçikanın paytaxtında keçiriləcək Aİ sammitində də iştirakı gözlənilir.
Dəniz