3 ayda “AFB Bank”dan 37 milyon manatdan çox depozit geri çəkilib

3 ayda “AFB Bank”dan 37 milyon manatdan çox depozit geri çəkilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin ilk rübündə “AFB Bank”ın depozit portfeli 37 milyon manatdan çox “əriyib”.

İqtisadiyyat.az bu barədə bankın statistik göstəricilərinə əsasən hesablamalar aparıb.

Bu ilin birinci rübündə bankın əmanət portfelinin həcmi 131 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 22% və ya 37,3 milyon manat azdır. 1 yanvar 2024-cü il tarixinə bankda yerləşdirilən əmanətlərin həcmi 168,3 milyon manata bərabər olmuşdu.

Bu nəticə ilə “AFB Bank” ilk rübdə Azərbaycanda ən çox depozit itirən beşinci bank olub.

Depozit portfelində azalma onun öhdəliklərinə də təsir edib. Bankın öhdəlikləri ilk rübdə 2,3% azalaraq 210,4 milyon manata enib.

Qeyd edək ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib.