29 oktyabr Zəngilanın işğal tarixidir

29 oktyabr Zəngilanın işğal tarixidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

29 oktyabr tarixi Zəngilan rayonun erməni işğalçıları tərəfindən işğal günüdür.

Tribunainfo.az -ın məlumatına görə, 1993-cü ildə Ermənistan silahlı qüvvələri Zəngilanın 710 kvadrat kilometr ərazisini  işğal etmişdilər. İşğal dövründə Zəngilan rayonu eyni adlı şəhərdən, Micivan qəsəbəsindən və 81 kənddən ibarət olub.
Rayonun erməni hərbi birləşmələrinin hücumundan müdafiəsi zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb.

Zəngilanın işğalı nəticəsində həm əlahiyə hər də dövlətə külli miqdarda ziyan dəyib. Zəngilan 30 ilə yaxın müddətdə işğalda qalıb. Bu müddətdə Zəngilan rayonu tamamilə dağıdılıb, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınıb.

Nəhayət 2020-ci ildə başlayan Vətən müharibəsi nəticəsində torpaqlarımız düşmənlərdən təmizlənib .
20 oktyabr tarixində Zəngilan şəhəri Ermənistan işğalından azad olunub. Elə həmin gün rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də işğalçılardan təmizlənib.

Daha sonrakı günlərdə (21, 22, 23, 26 oktyabr) Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı, Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli, Vənədli və Mirzəhəsənli, Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri və Ağbənd qəsəbəsi Ordumuz trəfindən işğaldan azad olunub.

Prezident İlham Əliyev 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur.