29 gün ərzində 12 qadın CİNAYƏTİ – Detallar

29 gün ərzində 12 qadın CİNAYƏTİ – Detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 29 gün ərzində ölkədə 12 qadın döyülüb və ya öldürülüb.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı vəkil Zibeydə Sadıqova paylaşıb. O bildirib ki, bu qadınların əksəriyyəti ailə üzvləri, həyat yoldaşı, qaynatası, atası tərəfindən ya döyülüb, ya da öldürülüb:

Vəkilin yaydığı siyahını təqdim edirik:

29 iyun 2025 – Masallı rayonu, Aybəniz Məmmədova – qızının əri tərəfindən silahla öldürülüb.
29 iyun 2025 – Masallı rayonu, Arzu Zərbalıyeva – əri tərəfindən silahla yaralanıb.
29 iyun 2025 – Masallı rayonu, Aysu Məmmədova – bacısının əri tərəfindən silahla yaralanıb.
28 iyun 2025 – Kürdəmir rayonu, Samirə Abdulova – 35 yaş, əri tərəfindən öldürülüb.
26 iyun 2025 – Sabirabad rayonu, A. Hüseynova – 61 yaş, əri tərəfindən bıçaqlanıb.
26 iyun 2025 – Sabirabad rayonu, L.Hüseynova – 42 yaş, qayınatası bıçaqlayıb.
15 iyun 2025 – Astara rayonu, N. Cəfərli – 22 yaş, əri tərəfindən döyülüb. Hazırda reanimasiyadadır. Vəziyyəti ağırdır.
07 iyun 2025 – Gədəbəy rayonu, Ə.Tağıyeva – 58 yaş, qaynı üzündən bıçaqlayıb.
05 iyun 2025 – Şəki şəhəri, Zəhra Əliyeva – 34 yaş, əri tərəfindən öldürülüb.
05 iyun 2025 – Bakı şəhəri, M.Abbaszadə, əri ürək nahiyəsindən bıçaqlayıb.
04 iyun 2025 – Naxçıvan MR Babək rayonu, Leyla Qoçəliyeva – 47 yaş, oğlu öldürüb.
01 iyun 2025 – Bakı şəhəri, L.Vəliyeva – 21 yaş, əri (34 yaş) döyərək öldürüb.

Gülşən Rəsul