285 nəfər qidadan zəhərləndi – AZƏRBAYCANDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin 6 ayı ərzində 188 qida zəhərlənməsi, 11 botulizm hadisəsi baş verib. 

Bu ilin 6 ayı ərzində 188 qida zəhərlənməsi, 11 botulizm hadisəsi baş verib.

Bu barədə TİA.AZ-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1637, mikrobioloji göstəricilərinə görə 1648, radioloji göstəricilərinə görə 748, toksikoloji göstəricilərinə görə 714 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 122-də mikrobioloji göstəricilərə görə, 10-da toksikoloji göstəricilərə görə normadan kənara çıxma müəyyən olunub.

Bu müddət ərzində 188 qida zəhərlənməsi hadisəsi baş verib, 285 nəfər zərərçəkən olub. Bunlardan 11 botulizm hadisəsində 21 nəfər zərərçəkən olub.