28 yaşlı Nuranə yüzdən çox təqaüdçünün pulunu oğurlayıb – Video

28 yaşlı Nuranə yüzdən çox təqaüdçünün pulunu oğurlayıb – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yüzdən çox təqaüdçünün kartından pul oğurlayan şəxs saxlanılıb.

Tribunainfo.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində saxlanılan 1996-cı il təvəllüdlü Nuranə Məmmədova taladığı kartlar barədə məxfi məlumatları eyni əmələ görə artıq həbs olunan tanışı Asif Səmədovdan əldə etdiyini bildirib. Daha sonra o, zərərçəkənlərin kart məlumatlarını müxtəlif mobil tətbiqlərə əlavə edərək qeydiyyatdan keçməklə hesablardakı pul vəsaitlərini nağdlaşdırıb.

Bildirilib ki, N.Məmmədova bu yolla 100-dən artıq vətəndaşın hesabında olan müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib.

Eyni əmələ görə artıq həbs olunmuş A.Səmədovun isə bankomatların yanında dayanaraq vəsaitlərini nağdlaşdırmaqda çətinlik çəkən şəxslərə yardım etmək adı ilə yaxınlaşaraq onların kart məlumatlarını ələ keçirdiyi sübuta yetirilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, N.Məmmədova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.