28 oktyabr – Dünya Cüdo günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Cüdo Federasiyası (IJF) hər ilin bu gününü “Dünya Cüdo günü” kimi qeyd edir.

 

Beynəlxalq Cüdo Federasiyası (IJF) hər ilin bu gününü “Dünya Cüdo günü” kimi qeyd edir.

“Report”un məlumatına görə, bu, cüdonun banisi Ciqoro Kanonun (Jigoro Kano) oktyabrın 28-də anadan olması ilə əlaqədardır.

Hazırda dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. 5 kontinental ittifaqı özündə birləşdirən İJF-yə 195 milli federasiya daxildir.

Azərbaycanda da cüdoya maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli olimpiya çempionu olaraq, tarix yazıblar. 2013-cü ildə Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlarda, Avropa çempionatlarında, “Bakı 2015” I Avropa Oyunlarında, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında yüksək nailiyyətlər göstəriblər.

Son iki ildə azərbaycanlı cüdoçular “Rio-2016” Yay Olimpiya Oyunları, Avropa çempionatı, “Böyük Dəbilqə”, “World Masters” və “Qran Pri” kimi nüfuzlu yarışlarda medallar qazanıblar. 2016-cı ildə milli komanda Azərbaycan cüdo tarixində ilk dəfə Avropa çempionatının komanda yarışlarında 3-cü yeri tutub. 2017-ci ildə isə ölkə yığması gənclər arasında Avropa birinciliyinin komanda yarışlarında qızıl medal qazanıb.