backend

28 dekabr Beynəlxalq kino günüdür – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

28 dekabr həyatımızın bir hissəsinə çevrilən kinonun yaranma günüdür. 

28 dekabr həyatımızın bir hissəsinə çevrilən kinonun yaranma günüdür.


XX əsrin 30-cu illərində kinematoqrafiya inkişaf etməyə başladı. Belçikada Cozef Plato və Avstriyada Simon fon Ştampfer demək olar ki, eyni anda “fenakistoskop” adlı, hərəkət edən rəsm effekti verən fırlanan iki çarxlı cihaz kəşf edirlər.

İlk kinematoqrafiya sistemini Tomas Edison və Uilyam Dikson hazırlayıb. 1890-cı ildə olar ilk dəfə olaraq kinokamera ixtira edilib. 1891-ci ildə ilk çəkilən lenti nümayiş etdirmək üçün kineskop kəşf olunur.

1895-ci ildə Lui və Oqyust Lyümer qardaşları tərəfindən “sinematoqraf” adlı cihazı daha kiçik və yüngül edərək, lentə çəkilən xərci azaldıblar.

Bu növ incəsənətin yaradıcıları sayılan Lyümer qardaşlarına aid olan ilk kino seans 22 mart 1895-ci ildə baş tutub. Yalnız dostlar üçün göstərilən qısa filmdə Lyümerin zavodundan çıxan işçilər göstərilib.

Tarixin ilk kommersiya məqsədli film nümayişi 28 dekabr 1895-ci ildə Parisin Kaputsino bulvarındakı “Qrand-Kafe”də baş tutub. Bu tarixi gündə dünyada ilk dəfə “La Sota vağzalına çatma” adlı qısametrajlı filmi nümayiş olunub. Elə bu gündən etibarən 28 dekabr “Beynəlxalq Kino Günü” kimi qeyd edilir.

Texnikinın zəif inkişaf etdiyi bir dövrdə ilk filmlər çox qısa olurdu: təxmini 50-90 saniyə. O zaman daha çox sənədli filmlər çəkilirdi.

1896-cı ildə ilk dəfə montajdan istifadə edərək, fransız rejissoru Jorj Meles “Çaydan xilas” filmini lentə alır. Meles həm də kinoda bir neçə yeniliklərin banisi sayılır.

XX əsrin əvvəllərində filmlərin vaxtı uzadılaraq 15-20 dəqiqəyə çatır. Bütün dünyada kino zalları açılmağa başlayır. Ancaq səsli filmlər hələ də çəkilə bilmirdi.

Əslində bu problemi Tomas Edison həll etməyə çalışmışdı. İxtira etdiyi cihaz eyni anda səs və görüntü ala bilirdi. Amma onun hesablamaları öz əksini tapmırdı. 1912-ci ildə bu problem öz həllini tapır. 1919-cu ildə rəsmiləşdirilir. Buna baxmayaraq tamaşaçı itirməyə qorxan bəzi rejissorlar səsli kino çəkməyə ehtiyat edirdi. Nəhayət, 1922-ci ildə ilk səsli film işıq üzü görür. Yalnız qırmızı və yaşıl rənglərdən ibarət olan film insanlar tərəfindən bəyənilmir.

1934-cu ildə səsi və görüntüsü yerində olan “La Cucaracha” adlı qısametrajlı film çəkilir. 1950-ci ildən sonra isə kino sahəsində sürətli şəkildə inkişaf başlayır.