26 yaşlı amerikalı sevgisinin arxasınca Azərbaycana gəldi, İslamı qəbul etdi… – TƏFƏRRÜATbackend

26 yaşlı amerikalı sevgisinin arxasınca Azərbaycana gəldi, İslamı qəbul etdi… – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
26 yaşlı amerikalı müəllim Con Banki 2022-ci ilin sentyabr ayından Mingəçevir Dövlət Universitetində (MDU) Xarici dillər kafedrasında pedoqoji fəaliyyətə başlayıb. Tələbələrin və müəllimlərin dediyinə görə, Con onların sevimlisinə çevrilib.
Tribunainfo.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu gənc həm də islamı qəbul edərək azərbaycanlı xanımla ailə həyatı qurub.Condan çətinlik çəkməsin deyə müsahibəni onun öz dilində almaq istəsək də, o, buna razı olmadı.Con deyir ki, Azərbaycana öz sevgisinin arxasınca gəlib:
“Əslində mən Azərbaycana öz sevgimin arxasınca gəldim. Artıq 4 ildir ki, mən müsəlman kimi yaşayıram. Buranın adət-ənənələrini bəyənirəm. Namazımı məsciddə qılıram. Mingəçevir şəhərini çox sevirəm. Ən çox sevdiyim bayram Novruz bayramıdır. Dərs dediyim tələbələrlə də çox yaxşı anlaşırıq”.
Müsahibimiz bildirdi ki, o, xanımı ilə sosial media üzərindən dil öyrənmə proqramı vasitəsi ilə tanış olub:
“Bir-birimizə praktikada kömək edirdik. O, mənə Azərbaycan dilini, mən də ona ingilis dilini öyrətməkdə köməklik etdim. Mən Azərbaycana gələndən sonra yaxından tanış olduq və evləndik, bu qərarı qəbul etdiyim üçün də çox xoşbəxtəm. İstirahətimi Azərbaycanın dilbər guşələrində keçirirəm. Hər bölgənin öz adət-ənənəsi ilə tanış olmuşam və ona görə də bu xalqı çox sevirəm. Azərbaycan mənim ikinci evimdir”.

MDU-nun Xarici dillər kafedrasının müdiri Mehdi Rəhimov Con haqqında danışarkən bildirdi ki, amerikalı müəllim universitetdə hər kəsin sevimlisinə çevrilib:
“O, xarici dil müəllimliyi ixtisasında təhsil alan tələbələrin dil bacarıqlarını inkişaf etdirmək üçün dərslərdə aktiv iştirak edir. Eyni zamanda universitetin 30-dan çox ixtisasında təhsil alan tələbələr üçün və eyni zamanda müəllim kontingeti üçün dərsdən sonra məşğələlər təşkil edir”.

Qeyd edək ki, amerikalı müəllim gələcəkdə də həyat yoldaşı ilə birlikdə bir çox yerləri gəzib müəllimlik fəaliyyətini davam etdirmək niyyətindədir.