26 təşkilat aksiya keçirəcəklərini bəyan edib

26 təşkilat aksiya keçirəcəklərini bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Məhsa Əmininin ölümünün üçüncü ildönümü yaxınlaşır.

Tribunainfo.az xəbər verir ki, hər il olduğu kimi, bu il də aksiyaların keçirilməsi gözlənilir.

Belə ki, dünən məşhur hüququ müdafiəçisi Həmid İsmaili və vurulmuş Ukrayna təyyarəsində həlak olanların ailələrinin yaratdığı PS752 Uçuş Qurbanlarının Ailələri Assosiasiyası dünyanın 20-dən çox ölkəsində aksiya keçirəcəklərini açıqlayıblar.

Bundan başqa, İranda fəaliyyət göstərən 24 əmək və ictimai təşkilat “Qadın, Həyat, Azadlıq” şüarları ilə aksiya keçirmək üçün hazırlaşdıqlarını bəyan ediblər. Onlar əsas tələblərinin “gender aparteidinə son”, “ictimai rifahın təmin edilməsi” və “şərtsiz siyasi, sosial və mədəni azadlıqlar” olacağını bildiriblər.

Fərda Uğur