backend

26 fevral İndianada “Xocalını Anma Günü” elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İndiana ştatının qubernatoru Erik Holkomb xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini İndianada “Xocalını Anma Günü” elan edib. 

ABŞ-ın İndiana ştatının qubernatoru Erik Holkomb xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini İndianada “Xocalını Anma Günü” elan edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan TİA.AZ-a verilən məlumata görə, bəyanatda Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir. Bu, İndiana qubernatoru tərəfindən indiyədək Xocalı qətliamına dair imzalanan ilk bəyannamədir.

Sənəddə Xocalı qətliamı zamanı 600-dən çox mülki vətəndaşın, o cümlədən çox sayda uşaq, qadın və qocaların kütləvi şəkildə öldürüldüyü bildirilir. “Human Rights Watch” təşkilatının bu qətliamı regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, xoş münasibət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.

Həmçinin qubernator Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün ABŞ və BMT də daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını bildirir.

Bəyanatın sonunda E.Holkomb İndianada və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər il 26 fevral tarixində Xocalı qətliamının qurbanlarını andıqlarını bildirərək, bu tarixi İndianada “Xocalını Anma Günü” elan etdiyini açıqlayır və bütün İndiana sakinlərini bu günü anmağa çağırır.

Qeyd edək ki, ABŞ-ın hazırkı vitse-prezidenti Mayk Pens indiki vəzifəyə seçilməzdən öncə, 2013-2016-cı illərdə İndiana ştatının qubernatoru vəzifəsini daşıyıb.