25 uşaq zəhərləndi, xəstəxanalıq oldu

25 uşaq zəhərləndi, xəstəxanalıq oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kütahyanın Tavşanlı rayonunda yay təhsili alan təxminən 25 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, iddiaya görə, Tavşanlı rayonundakı orta məktəbdə yay təhsili alan təxminən 25 uşaq yemək yedikdən sonra xəstələnib.

Ailələri tərəfindən zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılan tələbələrin birlikdə günorta yeməyi yediyi öyrənilib.

Xəstəxanaya gətirilən uşaqların 10-14 yaş arasında olduğu öyrənilib.

Müşahidə olunan tələbələrin sağlamlıq durumlarının yaxşı olduğu bildirilərkən, hadisədən sonra insanların eyni şikayətlə xəstəxanaya gəlməyə davam etdiyi öyrənilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.