Plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının
müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin müvafiq əmri ilə 25 həkimin lisenziyası ləğv edilib. Bu barədə
Tribunainfo.az-a özəl mənbələrdən məlumat daxil olub.
Bildirilir ki, bu məqsədlə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili
İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli
nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Araşdırmalara və lisenziyaların ləğvinə səbəb son zamanlar ölüm
hadisəsinin baş verməsi olub.
Qeyd edək ki, lisenziyası ləğv edilən 25 plastik cərrahın kimliyi barədə
növbəti yazımızda bilgi verəcəyik.