25 milyon manat ayrılan Nəbatat bağında dözülməz vəziyyət – FOTObackend

25 milyon manat ayrılan Nəbatat bağında dözülməz vəziyyət – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nəbatat bağının çoxillik ağaclar ola hissəsində bünövrə qazılıb. Güman ki, burada növbəti hündürmərtəbəli bina tikiləcək.

Tribunainfo.az xəbər verir ki, bu barədə jurnalist Yana Madatova sosial şəbəkədə bildirib.

O qeyd edib ki, bağ suvarılmır, bu səbəbdən xeyli sayda gənc şam ağacı quruyub:
“Parkın insanların istirahət və fotosesiya etdiyi ərazisində də bünövrə qazılıb. Mərkəzi hissədə bağ və park labirintləri salınıb, gənc ardıc ağaclarından hasar çəkilib. Burada düzgün əkilmədiyi üçün ağacların yarısı artıq quruyub. Çoxlu ağaclar kəsilib, bundan sonra burada nə baş verəcəyini biljirəm. Yalnız onu bilirəm ki, parkın yenidən qurulmasına 25 milyon manat vəsait ayrılıb”, – deyə jurnalist qeyd edib.