25 MAY BEYNƏLXALQ DAĞINIQ SKLEROZ GÜNÜDÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 25 may Beynəlxalq Dağınıq Skleroz Günü münasibətilə tədbir keçirilib. 

Bu gün Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 25 may Beynəlxalq Dağınıq Skleroz Günü münasibətilə tədbir keçirilib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən TİA.AZ-a daxil olan məlumata görə, dağınıq skleroz xəstəliyi bütün dünyada olduğu kimi, Azərbaycanda da səhiyyənin aktual məsələlərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli, 2542 nömrəli Sərəncamı ilə ölkədə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı” təsdiq edilib. Dövlət proqramının icrasına başlanandan sonra dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi sahəsində bir sıra nailiyyətlər əldə edilib.

Tədbirdə dövlət proqramının komissiyasının üzvləri, Ə.Əliyev adına AzDHTİ-nin sinir xəstəlikləri kafedrasının dosenti, Rövşən Həsənov, Ə.Əliyev adına AzDHTİ-nin sinir xəstəlikləri kafedrasının assistenti Rahim Əliyev, Akademik M.Mirqasımov adına RKX-nın baş həkiminin müavini Mahir Babayev, II sinir xəstəlikləri şöbəsinin əməkdaşları iştirak ediblər.

Toplantıda qeyd edilib ki, ölkəmizdə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması bu xəstəliyə tutulanların dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcminin və həyat keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatının yaxşılaşdırılması uçun bütün lazımi şərait yaradılmışdır.

Bildirildi ki, dağınıq skleroz xəstəliyi nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çox ocaqlı pozulması ilə müşayiət olunan, proqressivləşən gedişli xroniki xəstəlikdir. 2013-2016-cı illər ərzində proqram çərçivəsində 1240-dan çox xəstə müayinə olunub. Onlardan 1000 nəfərə dağınıq skleroz diaqnozu qoyulub və xəstələr müvafiq preparatlarla dövlət tərəfindən tam təmin edilir. 100-dən artıq xəstə dinamik müşahidəyə götürülmüşdür, 104 xəstədə diaqnoz tamamilə inkar edilmişdir.

Dövlət proqramı çərçivəsində davamlı tədbirlər həyata keçirilir. Hazırda proqram çərçivəsində tibb işçilərinin bu sahədə təkmilləşdirilməsi, habelə əhali arasında bu xəstəliyə dair maarifləndirmə işi aparılır.

Həmçinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasında həkimlərin mütəmadi olaraq təkmilləşdirmə kurslarında həkim nevropatoloqlara dağınıq skleroz xəstəliyinin diaqnostikası, müalicəsi və reabilitasiyası barədə mühazirələr, seminar və praktik məşqələlər keçirilir.

Hər il Nevroloqların Milli Assosiasiyası Ə.Əliyev adına AzDHTİ-nin sinir xəstəlikləri kafedrası ilə birgə Türkiyənin aparıcı mütəxəssislərinin iştirakı ilə tibb bacılarına Avonex preparatının (interferon beta-1a) inyeksiya metodikası ilə bağlı təlim kursu keçirilir.

Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasının, Azərbaycan Tibb Universitetinin Nevrologiya və Tibbi genetika kafedrasının və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları ilə birgə 1000 ədəd tirajla “Dağınıq skleroz üzrə klinik protokol” hazırlanıb.

Mütəmadi olaraq keçirilən Nevroloqların Milli Assosiasiyasının görüşləri zamanı respublikanın nevroloqlarına dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi barədə mühazirələr oxunur.

Ə.Əliyev adına AzDHTİ-nin sinir xəstəlikləri kafedrasının, ATU-nun Nevrologiya və Tibbi genetika kafedrasının əməkdaşları ilə birgə “Dağınıq sklerozun klinikası və diaqnostikası” üzrə tədris vəsaiti hazırlanıb və çap edilib. İSİM-in əməkdaşları ilə birgə həkimlər üçün 1000 tirajda plakat və əhalini maarifləndirmək üçün 2400 nüsxə bukletlər (dağınıq skleroz haqqında 10 mif) çap edilib paylanılıb.


İlahə