Xəbər verdiyimiz kimi, 2001-ci ildə Yevlax rayonunda dünyaya gələn Gülxanım Kərimova 24 ildir heç bir sənədi olmadan yaşayıb.
Tribuna İnformasiya Agentliyinin Baku TV-yə istinadən məlumatına görə, 2020-ci ildə Mustafa Süleymanovla ailə həyatı quran Gülxanımın hər hansı bir rəsmi sənədi olmadığı üçün onun nikahı dövlət qeydiyyatına alınmayıb.
O, 2023-cü ildə dünyaya gələn övladı üçün də doğum haqqında şəhadətnamə ala bilməyib. G.Kərimova məsələnin həlli üçün məhkəməyə müraciət edib.
“5 ildir ailə qurmuşam, sənədim olmayıb. İndi də sənəd çıxarmaq istəyirəm. Heç evim də yoxdur, kirayədə qalıram. Dünən məhkəmədə idim, yaxşı keçdi. Mənə dedilər ki, gələn həftə gəl kağız götür, sənə sənəd versinlər. İndi istəyirəm özümə sənəd çıxarım ki, uşağımın da sənədi olsun, məktəbə getsin”, – Gülxanım Kərimova bildirib.
Qeyd edək ki, qeyri-rəsmi şəkildə ailə həyatı yaşayan Gülxanım yenidən ana olacaq.
Daha ətraflı videomaterialda: