24 il müəllimə işləyir, amma bir müddət əvvəl ona diplomunun etibarsız olduğu deyilib.
24 il müəllimə işləyir, amma bir müddət əvvəl ona diplomunun etibarsız olduğu deyilib.
Xezerxeber.az məlumat verir ki, Cəlilabad rayon Sərhədabad kənd sakini Aybəniz Əmirova 1992 -ci ildə Neftçala Qızlar Kollecinin Cəlilabad filialında ibtidai sinif müəllimiliyi ixtisasında təhsil alıb. Sözügedən təhsil müəsssəsini bitirdikdən bu günə kimi rayonun Sərhədabad kəndindəki orta məktəbdə müəllimə kimi çalışır.
Müəllimə deyir ki, bir neçə gün əvvəl məktəb rəhbərliyi tərəfindən ona bildirilib ki, təhsil aldığı kollecdən aldığı diplom Təhsil Nazirliyi tərəfindən etibarsız sayıldığı üçün o, yaxın vaxtlarda işdən azad olunacaq.
Bu vaxta kimi isə Aybəniz Əmirova Müəlllimləri Təkmilləşdirmə İnstitunda təhsil kurslarında, kuriklum kurslarında eləcə də müəllimlərin diqnostik qiymətləndirməsində iştirak etsə də, ona diplumunun etibarsız olması ilə bağlı hər hansı məlumat verilməyib.
Hazırda mövcud porblemlə bağlı adıçəkilən kollecin məzunu olmuş 100 dən yuxarı müəllim qarşılaşıb. 2001-ci ildə bu təhsil işçilərinin diplomları etibarsız sayıldığından bir müddətə işdən kənarlaşdırılmışdılar. Laikin sonradan məhkəmə qərarı ilə onlar işə bərpa olunub. Məsələ ilə bağlı Cəlilabad rayon Təhsil şövbəsindən bildirildi ki, Təhsil Nazirliyindən Aybəniz Əmirova, eləcə də onunla eyni yerdə təhsil almış şəxslərin diplomlarının ” Dövlət nümünəli” hesab olunmaması ilə bağlı sorğu gəlib. İndi həmin müəllimlər nazirliyə müraciət etməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: