Mançester şəhərində konsert zamanı stadionda terror aktı törədən kamikadzenin şəxsiyyəti müəyyən edilib.
Mançester şəhərində konsert zamanı stadionda terror aktı törədən kamikadzenin şəxsiyyəti müəyyən edilib.
TİA.AZ “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın baş naziri Tereza Mey təhlükəsizlik toplantısından sonra jurnalistlərə açıqlamasında bildirib.
Lakin baş nazir istintaq davam etdiyi üçün terrorçunun adının indiki mərhələdə açıqlanmayacağını deyib.
Xatırladaq ki, ötən gecə Mançester şəhərində konsert zamanı stadionda törədilən terror aktı nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.