“Xəzər” televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan “Səni axtarıram” verilişinin 2013-cü ildə başladığı araşdırma yekunlaşıb.
“Ölkə.Az”-ın məlumatına görə, Stəkan adlı Masallı sakininin proqrama müraciəti əsasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, onun qızı nişanlısı Vüqar tərəfindən qətlə yetirilib.