backend

22 aylıq körpənin meyitini 1970 nəfər axtardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Şərqi Azərbaycan vilayətində daşqın zamanı itkin düşən 22 aylıq uşağın meyiti 19 gündən sonra tapılıb. 

İranın Şərqi Azərbaycan vilayətində daşqın zamanı itkin düşən 22 aylıq uşağın meyiti 19 gündən sonra tapılıb.

TİA.AZ xəbər verir ki, bu barədə Şərqi Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin icraçı direktoru Səid Kənani danışıb. Onun sözlərinə görə, bununla da Şərqi Azərbaycanda sel və daşqınlar zamanı itkin düşənlərin axtarış əməliyyatları sona çatıb.

Kənani açıqlamasında bildirib ki, son 19 gün ərzində axtarış əməliyyatına 1970 nəfər cəlb edilib və bunun nəticəsində hadisələr zamanı itkin düşənlərin hamısının meyiti tapılaraq ailələrinə təhvil verilib.

Şərqi Azərbaycanda axtarış əməliyyatları sonlandırılsa da, Qərbi Azərbaycanda hələ də 1 nəfərin axtarışları davam etdirilir.

Qeyd edək ki, 14 apreldə Şərqi və Qərbi Azərbaycanda baş verən daşqınlarda ümumilikdə 49 nəfər həlak olub.