backend

21 yaşlı qızı internetdə tanış olduğu oğlanlar zorladılar FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə təcavüz faktı qeydə alınıb. 

Türkiyədə təcavüz faktı qeydə alınıb.

21 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlanın və onun dostunun təcavüzünə uğrayıb.

İstanbulda 21 yaşlı G.K. “Swarm”da Umut N. adlı oğlanla tanış olub. Onlar təxminən 2 həftə yazışıblar. İkili Yeni ili birlikdə qarşılamaq üçün Taksimdəki məkanların birində görüşüblər. Bu anda Umutun dostu da onlara qoşulub. Məkandan ayrıldıqdan sonra Umut və dostu qızı maşında zorlayıblar. Dostlar qızın çantasını da götürüb qaçıblar. 

Qız polisə xəbər verib. Umut və dostu qısa müddət ərzində tutulublar.

Qeyd edək ki, “Swarm” dünyanın ən məşhur məkan paylaşma tətbiqlərindən biridir. 

(milli.az)