21 il əvvəl ölən adamın adına cərimə gəldi – FOTOLARbackend

21 il əvvəl ölən adamın adına cərimə gəldi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda 21 il əvvəl ölən adamın adına cərimə protokolu tərtib olunub.

Tribunainfo.az xəbər verir ki, 20-BO-232 dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı avtomobil texniki baxışdan keçirilmədiyinə görə kamera vasitəsilə 50 manat məbləğində cərimə olunub. Cərimə protokolu 2022-ci ildə dünyasını dəyişən Namazov Oktay Muxtar oğlunun adına göndərilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov  açıqlamasında bildirib ki, 20-BO-232 dövlət qeydiyyat nişanlı avtomobil texniki baxış müddəti bitdiyi üçün xüsusi texniki vasitə tərəfindən avtomatik olaraq cərimələnib. Hal üzrə araşdırma aparılıb və məlum olub ki avtomobil idarə edən şəxsin etibarnamə müddəti bitdiyindən avtomatik cərimə avtomobil sahibinə yönləndirilib. Hazırda avtomobilin yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. /Unikal