ABŞ-da 2048-ci ildən gəldiyini iddia edən bir nəfər həbs edilib.
ABŞ-da 2048-ci ildən gəldiyini iddia edən bir nəfər həbs edilib.
Sərxoş şəxs, əslində, 2018-ci ilə getmək istədiyini, səhvən 2017-ci ilə düşdüyünü bildirib.
Hadisə Birləşmiş Ştatların Vayominq ştatında baş verib. Gələcəkdən gəldiyini iddia edənBrayant Conson həbs edilib. 2048-ci ildən gəldiyini iddia edən Conson yadplanetlilərin dünyanı işğal etdiyini iddia edərək bələdiyyə sədri ilə görüşmək istəyib.
Əraziyə cəlb edilən polis əməkdaşları Consonu sakitləşdirmək istəyiblər. Conson isə polislərə yadplanetlilər tərəfindən sərxoş edildiyini və gələcəkdən göndərildiyini bildirib.
Sərxoş Consonun iddiasına görə, 2018-ci ildən yadplanetlilər dünyanı işğal etməyə başlayacaqlar./olke.az