2030-cu ilə kimi iqtisadiyyatı ən güclü olacaq ölkələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnkişaf etməkdə olan ölkələr 2030-cü ildə dünya iqtisadiyyatının ən yüksək pilləsində yer alacaqlar.
 

 İnkişaf etməkdə olan ölkələr 2030-cü ildə dünya iqtisadiyyatının ən yüksək pilləsində yer alacaqlar. AzEuroNews.com– xəbər verir ki,  bu bardə “PricewaterhouseCoopers” (PwC) adlı araşdırma şirkəti məlumat yayıb. Şirkətin məlumatına görə, Hindistan və Braziliya kimi ölkələr ABŞ və Çin kimi iqtisadiyyatı güclü olan ölkələrlə rəqabət edə biləcək.

“PwC“-in siyahısında liderliyi Çin davam etdirəcək. Almaniya isə, iki sıra geriləyərək 7-ci sırada qərarlaşacaq. Hazırda siyahıda 10-cu yerdə olan İngiltərə və Fransa iqtisadiyyatında da geriləmə olacaq.

Hesabatı dəyərləndirən “Habertürk”ün müxbiri Yiğitcan Yıldızın sözlərinə görə, Türkiyə rəqabət ortamında yüksəlişini sürdürərək 1 trliyon dollar alma gücünə sahib olaraq 13 ilə iqtisadiyyatına görə dünyanın ən güclü 12 ölkəsindən biri olacaq.