“Opta” superkompüteri futbol üzrə 2026-cı il dünya çempionatının əsas favoritlərini müəyyən edib.
Tribuna xəbər verir ki, superkompüterə görə, İspaniya milli komandasının 2026-cı il dünya çempionatında qalib gəlmək ehtimalı 17 faizdir.
“Opta” Fransaya 14,1%, İngiltərəyə isə 11,8% ehtimal verir.
Ən son dünya çempionu olan Argentinanın qalib gəlmək ehtimalı isə 8,7%-dir.
Qeyd edək ki, 2022-ci ildə Argentina dünya çempionatının finalında Fransanı məğlub edib. Oyunun əsas vaxtı 3-3 hesablı heç-heçə ilə başa çatsa da, Cənubi Amerika komandası penaltilər seriyasında qalib gəlib.
Xatırladaq ki, futbol üzrə 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir tarixində ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.










