Saçınızı kəsdirib görünüşünüzdə yenilik etməyə hazırsınız, amma modeldə qərarsızsınız? Tribunainfo.az Habertürk-ə istinadən sizi 2024-cü ilin məşhur saç düzümlərindən ilham almaq üçün modelləri təqdim edir:
2024-cü ilin saç trendlərində “sakit lüks” üstünlük təşkil edir. Bu ilki saç dəbində zəriflik ön plandadır. Saç dünyası incə detallar, təbii tonlar və minimal kəsimlərlə sadə və təsirli bir dövrə qədəm qoyur.
Müasir həyatın təlaşını nəzərə alsaq, sadə və 5 dəqiqə ərzində edilə bilən saç düzümlərinə qayıtmağın mənası var. Təbii ki, 2023-cü ilin bəzi saç trendlərinin bu il də davam etməsi qaçınılmazdır. 2024-cü ildə də əyləncəli saç aksesuarlarının davam edəcəyi görünür. Bəs bu il hansı saç düzümü populyardır?
Fotoları təqdim edirik: