2024-CÜ İLDƏ SƏYAHƏT ÜÇÜN ƏN RİSKLİ ÖLKƏLƏR AÇIQLANDI

2024-CÜ İLDƏ SƏYAHƏT ÜÇÜN ƏN RİSKLİ ÖLKƏLƏR AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq SOS şirkəti gələn il səfər üçün ən təhlükəli və güvənli ölkələri müəyyənləşdirib. Təhlükəsizlik, iqlim dəyişikliyi, sağlamlıq və psixi sağlamlıq kimi kateqoriyalara görə ən təhlükəsiz 5 və ən təhlükəli 5 ölkə açıqlanıb.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, xəritədə ümumilikdə səyahət üçün ən təhlükəsiz 5 ölkənin İslandiya, Lüksemburq, Norveç, İsveçrə və Danimarka olduğu bildirilib. Ən təhlükəli ölkələr Cənubi Sudan, Əfqanıstan, Suriya, Liviya və Somalidir.

Məlumatlara görə Türkiyə təhlükəsizlik kateqoriyasında orta risk olaraq görülüb. Bu kateqoriyaya Rusiya, İran, Səudiyyə Ərəbistanı, Misir və Hindistan, eləcə də Əlcəzair, Tunis və Niger, Braziliya, Kolumbiya və Ekvador kimi ölkələr daxildir.

Təhlükəsizlik kateqoriyasında meyar kimi siyasi zorakılıq, sosial iğtişaşlar və cinayət nisbətləri istifadə edilib.

Bu bölmədə ən yüksək riskli yerlər Ukrayna, Suriya, İraq, Əfqanıstan, Yəmən, Sudan və Liviya olub.

İqlim dəyişikliyi kateqoriyasında Türkiyə yenidən orta riskli kimi təsnif edilib. Bu kateqoriyada eyni reytinqi alan ölkələr sırasına Çin, Vyetnam və Tailand, həmçinin Ukrayna, İran, Misir, Keniya, Peru, Boliviya və Venesuela daxildir.

İqlim dəyişikliyi kateqoriyası humanitar böhranlar və fəlakətlər yaradan qlobal istiləşmə riskinin qiymətləndirilməsi əsasında hazırlanıb.

Bu bölmədə ən yüksək riskli yerlər Suriya, İraq və Əfqanıstandan başqa bir çox Afrika ölkəsini əhatə edir.

Psixi sağlamlıq baxımından risk altında olan ölkələr arasında Türkiyə Finlandiya, Moldova, Belarus və Danimarka, həmçinin Pakistan, Hindistan və İraq, həmçinin Kanada, Argentina və Peru var.

Sözügedən kateqoriya depressiya, narahatlıq, bipolyar pozğunluq, yemək pozğunluğu və şizofreniya kimi pozğunluqlar haqqında məlumatların toplanması ilə yaradılmışdır. Kateqoriya üzrə ən yüksək təhlükə göstəriciləri Avstraliya, İran və İspaniyada aşkar edilib.