2024-CÜ İLDƏ BU SAÇ MODEL VƏ RƏNGLƏRİ DƏBDƏ OLACAQ – FOTO

2024-CÜ İLDƏ BU SAÇ MODEL VƏ RƏNGLƏRİ DƏBDƏ OLACAQ – FOTO  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəb durmadan yenilənir. Hər ötən il yeni saç rəngi və modeli dəb olur. Dəbdən geri qalmamaq üçün yeni rəng və modelləri bilmək pis olmaz.

Tribunainfo.az xəbər verir ki, 2024-cü ildə trendlərin ən başında 79-cu illərin saç stili mullet forma olacaq. Qısa və qırıq görünüşlü saçları sevənlər üçün bu il stilinizi dəyişmək vaxtıdır.
90-larda 2000-ci illərin əvvəlində dəbdə olan saçı yandan ayırmaq trendi yenidən qayıdıb. 1920-ci illərin Bob modeli geri dönür. İslaq görünüşlü saçlar bu il də dəbdə olacaq. Hörük hər zaman dəbdədir, ancaq bu il daha yığcam sadə görünüşlü hörüklər dəbdə olacaq.
Saçın ön hissəsində açıq ton effekti ilə ön hissəni bir ton açmağı sınaya bilərsiniz.
Bu il buruq saçlar trenddir.
Rənglərə gəldikdə isə, açıq və tünd qəhvəyi rənginin tonları, darçın rənginin tonları, saçlarda kölgə effekti, balyaj saçlar, xüsusən də qarabuğdayı dəri rəngi olan xanımlar üçün əla seçim olacaq. Bal sarısı saç rəngi əsasən yaz və yay aylarında aktual olacaq.