2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Tribunainfo.az xəbər verir ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilir.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib.