2023-cü ildə populyar olacağı gözlənilən 9 qidanın adı açıqlanıb.
Avstraliyalı məşhur dietoloq və qidalanma mütəxəssisi Dr. Joanna McMillan 2023-cü ilin doqquz məşhur qidaları ilə bağlı proqnozlarını bölüşüb.
Məlumata görə, McMillan doqquz ən yaxşı qida arasında ekzotik göbələklər, dəniz yosunu, qəhvə kombuchası, sızma zeytun yağı, çətənə toxumu, qara qarağat, kakao, qara düyü və fonio adlı az tanınan məhsulların adını çəkib.
Qara düyü haqqında danışan mütəxəssis onun ağ düyüdən daha çox qidalı olduğunu, rənginin bitkilərdə təbii olaraq tapılan mikroelement olan polifenollardan gəldiyini deyib.