2023-cü ildə pandemiyanın bitəcəyinə əminik – ÜSTbackend

2023-cü ildə pandemiyanın bitəcəyinə əminik – ÜST

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ÜST rəhbəri COVID-19 pandemiyası haqqında bəyanat yayıb.

Tribunainfo.az xəbər verir ki, ÜST rəhbəri COVID-19 pandemiyasının 2023-cü ildə bitəcəyinə əminliyini ifadə edib.

Tedros Adhanom Gabriyesus vurğulayıb:”Biz şübhəsiz ki, indi həmişəkindən daha yaxşı vəziyyətdəyik.”
14 mart toplantısında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, 2023-cü ildə COVID-19 pandemiyasına son qoyulacaq. Bu xəstəliyə görə beynəlxalq fövqəladə vəziyyət rejimi aradan qaldırılacaq. O, səhiyyəyə verdiyi töhfəyə görə kiçik Tomas Frensis medalı ilə təltif edilərkən, müvafiq bəyanatla çıxış edib. Bəyanatın mətni çərşənbə axşamı gecə ÜST-nin mətbuat xidməti tərəfindən yayılıb.
Bəyamnamədə deyilir: “Əminəm ki, bu ilin müəyyən bir nöqtəsində biz COVID-19-un pandemiya kimi başa çatdığını söyləyə biləcəyik”.
O xatırladıb ki, martın 11-i “ÜST-nin COVID-19-un qlobal yayılmasının pandemiya kimi səciyyələndirilə biləcəyini ilk dəfə bəyan etməsindən” düz 3 il keçir. Bu, “dünya mediasının diqqətini çəkən əlamətdar an” idi. O, ÜST-nin üç il əvvəl SARS-CoV-2-nin yayılması ilə bağlı ilk dəfə “pandemiya” sözünü işlətdiyi vaxtdan ilk dəfə olaraq həftəlik ölənlərin sayının daha az olduğuna diqqət çəkdi.