Finlandiyanın Nokia telekommunikasiya şirkəti 2023-cü ildə Ayda 4G mobil rabitəni işə salmağı planlaşdırır.
Tribunainfo.az CNBC kanalına istinadən xəbər verir ki, Nokia NASA-nın 2024-cü ildə planlaşdırdığı “Artemis” kosmik ekspedisiyasının üzvlərini müasir rabitə ilə təmin etmək məqsədilə bu layihəyə qərar verib.
Yerin peykinə avadanlığın çatdırılması yaxın aylara planlaşdırılan SpaceX gəmisi tərəfindən həyata keçiriləcək . 4G baza stansiyaları Ayın cənub qütbündə yerləşən Shackleton kraterində quraşdırılacaq.
NASA hesab edir ki, ekspedisiya üçün klassik radio rabitəsindən az olmayan mobil rabitə lazımdır. Şəbəkə astronavtlara dronu böyük məsafədə idarə etməyə, həmçinin real vaxt rejimində video və telemetriya məlumatlarını Yerə ötürməyə imkan verəcək.