2019-cu ildə İsrail hərbçilərinin qərargah ləvazimatlarına “Android” bazasında çalışan smartfonlar da əlavə ediləcək.
İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, ordu üçün tərtib edilmiş cihazlar “Shaked Fighting” adını alıb.
İsrail Müdafiə Nazirliyindən bildiriblər ki, əsgərlərə qol saatı formasında olan smartfonlar veriləcək. Bölmə komandirləri isə rabitə vasitələri ilə dolu tam bir çanta əldə edəcəklər. Onların arasında əlavə olaraq zərbəyə davamlı və su keçirməyən mobil cihaz da olacaq. Həmçinin bura cihazları doldurmaq üçün portativ enerji dolduran cihaz da əlavə ediləcək.
Podpolkovnik Oren Matslyaçın sözlərinə görə, yeni qurğu hərbçilərə əraziyə daha yaxşı uyğunlaşmağa, hərbi göstərişləri daha cəld və tez yerinə yetirməyə, həmçinin onların yerinə yetirilməsi hesabatını verməyə imkan verəcək. Cihazlar xüsusi əlavələrlə təchiz ediləcək. Bura rəqəmsal kompas, xəritələr, kamera, hədəfi identifikasiya etmək üçün xidmətlərlə, həmçinin “özününkü-yad” funksiyası daxildir. Bununla belə, bu smartfonun interfeysi adi smarfonlardakı kimi olacaq.
Qeyd edir ki, “Shaked Fighting” sistemi artıq sınaqdan keçirilib və tam işlənilmədən sonra 2019-cu ildə hərbi sistemə gətiriləcək.