2018-ci ilin ən bahalı şəhərlərinin adları açıqlanıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 100 şəhərin adı qeyd edilən siyahının başında ABŞ-ın Nyu York şəhəri qərarlaşıb. Nyu Yorkda 1 gün ərzində istirahət 1 nəfər üçün 391 avroya başa gəlir. 2-ci yerdə 370 avro ilə Danimarkanın Kopenhagen şəhəri, 3-cü yerdə 360 avro ilə Hollandiyanın paytaxtı Amsterdam, 4-cü yerdə 345 avro ilə İtaliyanın Venesiya, 5-ci yerdə isə ABŞ-ın Los Anceles şəhəri yer tutub.
Qeyd edək ki, məbləğə hotel, yemək, taksi, əyləncə və s. xərclər daxildir.