“Dünyada iqtisadi böhranm dərinləşir. Azərbaycanın bu böhrandan çıxmağa potensialı var”.
“Dünyada iqtisadi böhranm dərinləşir. Azərbaycanın bu böhrandan çıxmağa potensialı var”.
TİA.AZ xəbər verir ki, bunu Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib. Millə vəkili bildirib ki, əsas çətinliyimiz 2017-ci ildə olacaq:
“2018-ci ildə bir çox sənayə müəssisələri işə başlayacaq, vəziyyət bir qədər yaxşılaşacaq. Azərbaycan Prezidentinin qarşıya qoyduğu tapşırıq qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Qeyri-neft sektorunun inkişafı qarşıya qoyulan vacib məsələdir. Ən mühüm sahələrdən biri kimya sənayesidir. Bu sahənin inkişafına ciddi diqqət yetirilməlidir. Mühüm sahələrdən biri də kənd təsərrüfatı sahəsidir. Bunun üçün kənd təsrrüfatına maliyyə dəstəyi olmalıdır. 2017-ci ildə kənd təsərrüfatına 35 milyon manat ayrılacaq. Bu, kreditləşmə üçün normal məbləğ deyil. Bilirsiniz ki, bank sistemi iflic vəziyyətdədir, sahibkara kredit vermək imkanı yoxdur. Kreditin verilməsi üçün vəsait ayrılmayıbsa, bu sahənin inkişafı necə olacaq?”.
F.Ağamalı daha sonra qeyd edib ki, Azərbaycanın dəmir yollarında 10 ildə görülməyən işlər il yarımda həyata keçirilib: “Burada xeyli işlər görülüb. Dəmiryollarının bir çoxu yenidən qurulub. Bakı-Sumqayıt qatarı işə salınıb. Amma işləri davam etdirmək üçün maliyyə dəstəyi lazımdır. Düşünürəm, hökumət bunu nəzərə alacaq”.
Deputat vurğulayıb ki, Azərbaycanın xarici ölkələrdə olan səfirliklərindən bir neçəsi bağlanmaq təhlükəsi ilə üzləşib: “Mənzil-kommunal təsərrüfat sisteminə 302 milyon manat ayrılıb, Xarici İşlər Nazirliyi isə 220 milyon . Mənzil-kommunal təsərrüfat saəhəsi vacibdir, yoxsa bizim beynəlxalq fəaliyyətimizin önə çıxması? Bütün bunlar nəzərə alınmalıdır”.
Çıxış edən deputat Qənirə Paşayeva gənclər üçün sosial mənzillərin tikilməsi layihəsini dəstəklədiyini bildirib. O, qeyd edib ki, mənzil məsələsi gənclərin əsas problemlərindən biridir. Daha sonra xanım deputat təklif edib ki, orta məktəb müəllimləri də güzəştli ipoteka alan şəxslərin siyahısına daxil edilsin: “Orta məktəb müəllimlərimiz ipotekadan yararlana bilər. Müəllimləri güzəştli kateqoriyaya daxil etsək, onların bu layihədən yararlanması mümkün olar. İndiki halda müəllimlərimizin maaşı yüksək deyil. Amma onları bu kateqoriyaya daxil etməyimiz onlara kömək olacaq”.