“2018-ci il neft bazarı üçün sabitlik ili olacaq” – “Rothschild”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

OPEC və Rusiya qiymətlərin 60 dollar/barel səviyyəsindən yuxarı həddə stabilləşməsi fonunda neft bazarındakı cari vəziyyətdən razıdır

Onlar bu sabitləşməni qorumaq üçün yaxın 12 ayda neft hasilatının azaldılması anlaşmasını davam etdirəcək.
 
TİA.AZ  “Report”-a istinadən xəbər verir ki, bu barədə açıqlamanı məşhur “Rothschild” şirkətinin vitse-prezidenti Paolo Skaroni (Paolo Scaroni) verib.
Skaroni açıqlamasında bildirib ki, ABŞ-da şist neft hasilatının artmasına baxmayaraq, bu artım kəskin deyil. Dünya neft tələbinin artması, qeyri-OPEC ölkələrində neft hasilatının artmasını kompensasiya edə bilər. İtaliyanın “Eni” neft-qaz şirkətinin keçmiş icraçı direktoru olan Skaroni “neft bazarında yaranmış vəziyyət 2018-ci ildə qiymətlərin hazırkı səviyyədə stabilləşməsinə səbəb olacaq”.
Skaroni həmçinin qeyd edib ki, neft sektoruna son illərdə investisiyaların azalması amili özünü 2019-cu ildə hiss etdirəcək.