2017-ci ilin ən yaxşı futbolçusu məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Real” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Beynəlxalq Futbol Federasiyasının versiyasına görə 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.

 

İspaniyanın “Real” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Beynəlxalq Futbol Federasiyasının versiyasına görə 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.

TİA.AZ-ın xəbərinə görə, o, bu ad uğrunda mübarizədə Lionel Messi (“Barselona”) və Neymarı (“Barselona”/“PSJ”) qabaqlayıb.

Ronaldo 2016/17 mövsümündə İspaniya çempionatının, Çempionlar Liqasının, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub.

Portuqaliyalı Çempionlar Liqasının ən yaxşı bombardiri olub. Onun hesabında 13 oyunda 12 qol var.