20 yaşlı gənc lotereyada 451 milyon dollar uddu

20 yaşlı gənc lotereyada 451 milyon dollar uddu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatının sakini “Mega Millions” lotereyasında 451 mln dollar məbləğində cek-potun sahibi olub.

Publika.az TASS-a istinadən xəbər verir ki, lotereyanın qalibi Port-Riçi şəhərindən olan 20 yaşlı Şeyn Missler olub.
Qalib uduşunu dərhal götürmək istədiyi üçün, qaydalara görə, ona məbləğin ancaq bir hissəsi – 282,8 mln dollar düşür. Həmin qaydalara əsasən, cek-potun tam məbləği isə ancaq 30 il ərzində hissə-hissə ödənilir.
Ş. Millerin sözlərinə görə, o, uduşunu özündən savayı, “bəşəriyyətə müəyyən fayda gətirmək” və ailəsi üçün xərcləyəcək.