20 saat cib telefonuna baxdı, az qala öləcəkdi

20 saat cib telefonuna baxdı, az qala öləcəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində cib telefonu ekranına 20 saat baxan bir qadın beynində yaranan qan damarlarının partlamasına görə ölüm təhlükəsi adladıb. Miqrant işçi olduğu qeyd edilən 47 yaşındakı qadın üç saatlıq əməliyyata salınıb. Qadın həkimlərin müdaxiləsi ilə sağlamlığına qovuşub.

 

“The Daily Telegraph” qəzetinin xəbərinə görə, adı açıqlanmayan qadın Çinin Henan vilayətindən cənub şəhəri Guangzhouya gedən təxminən 20 saatlıq qatar səfərində əlini telefondan ayırmayıb. Qadın qatardan düşəndə çətinliklə danışır və bədəninin bir tərəfində əlini, qolunu və ayaqlarını hərəkət etdirməkdə də çətinlik çəkirdi.

 

Guangzhoudakı Jinan Universiteti xəstəxanasının həkimi Menq Henq deyib ki, əgər qadın dərhal əməliyyata çatdırılmasaydı, ölə bilərdi. Həkim Menq eyni zamanda deyib ki, qatar qələbəlik olduğu üçün qadın daim bədəninin bir tərəfinə doğru əyilib, ağırlığını da başqa tərəfə verib: “Qatarda hərəkət etməyib. Onun yerinə yan tərəfə yatıb, başını da sağ tərəfə əyərək, daim telefonuna baxıb. Bu pozisiyada çox uzun müddət dayandığı üçün damarlarında təzyiq olduğu nəticəsinə gəldik”.

 

Gənclər arasında qan laxtalanması geniş yayılıb. Onun dediyinə görə, cib telefonundan istifadə edərkən eyni vəziyyətdə uzun müddət qalmaq doğru deyil və ciddi fəsadlar yaradır.