20 min manatını alıb yoxa çıxdılar: Nə şirkət var, nə də usta (VİDEO)

20 min manatını alıb yoxa çıxdılar: Nə şirkət var, nə də usta

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nadir Qasımov adlı vətəndaş “Ümid” MMC (Məhdud Məsuliyyətli Cəmiyyət) tərəfindən müqavilə öhdəliklərinin kobud şəkildə pozulması ilə üzləşib. O, “Ümid” MMC ilə mənzilinin təmiri üçün 20 min manat dəyərində müqavilə imzalayıb.

Tribunainfo.az xəbər verir ki, müqaviləyə əsasən, şirkət təmiri üç ay müddətində tamamlamağı və evi təhvil verməyi öhdəsinə götürüb. Lakin müqavilənin imzalanmasından xeyli vaxt keçməsinə baxmayaraq, evdə heç bir təmir işinə başlanılmayıb.

Şikayətçi bildirir ki, vəziyyətlə bağlı şirkət nümayəndələri ilə əlaqə yaratmaq cəhdləri tamamilə nəticəsiz qalıb. Vətəndaşın dəfələrlə etdiyi zənglər və göndərdiyi mesajlar cavabsız qalıb, şirkət onunla əlaqəni tamamilə kəsib.

Daha da maraqlısı odur ki, Nadir Qasımov şirkətin “Instagram” səhifəsində ofis ünvanı kimi paylaşılan fərqli-fərqli saxta ünvanların hamısına baş çəksə də, ofisi və ya şirkət nümayəndələrini tapa bilməyib.

Daha ətraflı Baku TV-nin videomaterialında: