Fevral ayının 20 günündə respublikanın avtomobil yollarında 61 yol-nəqliyyat hadisəsi baş verib.
TİA.AZ Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, fevral ayının 1-dən 20-dək yol qəzalarında 40 nəfər ölüb, 75 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, bu ilin yanvar ayında respublikanın avtomobil yollarında 108 yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında 45 nəfər ölüb, 141 nəfər isə xəsarət alıb.