Ölkə banklarına olan etibar getdikcə azalır və bunun nəticəsidir ki, hər ötən gün bir bankın lisenziyası əlindən alınır. Çünki artıq banklar etibarı doğrultmur, vətəndaşın problemini həll etmək əvəzinə onu yeni bir problemin içinə salır. Banklar artıq vətəndaş üçün əmanətini etibar edəcək yer funksiyasını itirib. Yastıq altı indi banklardan daha etibarlıdır. Banklarla müştəriləri arasında hər gün artan məhkəmə çəkişmələrinin sayı da bank sektorunun bərbad vəziyyətindən xəbər verir. Ekspertlər də banklarla yaşanan problemlərdə günahı banklarda, xüsusilə onların kredit şöbələrində, bu şöbənin qeyri-peşəkar əməkdaşlarında görürlər.
Tribunainfo.az xəbər verir ki, bu gün ölkə üzrə ən problemli, ən çox şikayət olunan və ay ərzində ən çox məhkəmə çəkişməsi olan bank “Unibank”dır. Bunu sözügedən bankın məhkəmə sayı da sübut edir. Apardığımız kiçik araşdırma zamanı məlum olub ki, bir ay ərzində “Unibank”ın vətəndaşlarla yeni məhkəmə işləri ilə birgə, ötən aylardan qalma uzanmış proseslər də daxil 900-dən çox məhkəmə çəkişməsi var. Ekspertlər məsləhər görür ki, vətəndaşlar kredit götürərkən, əmanət qoyarkən bankların məhkəmə tarixçəsinə nəzər salsa yaxşı olar. Tribunainfo.az bunu nəzərə alaraq sentyabr ayı ərzində vətəndaşlarla məhkəmə çəkişməsində olan bankların siyahısını tərtib edib.
Siyahını təqdim edirik:
“UNİBANK” ASC – 943 məhkəmə
“KAPİTAL BANK” ASC – 481 məhkəmə
“ACCESSBANK” QSC – 311 məhkəmə
“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC – 277
“BANK OF BAKU” ASC – 258 məhkəmə
“YELO BANK” ASC – 124 məhkəmə
“BANK RESPUBLİKA” ASC – 110 məhkəmə
BANK VTB (AZƏRBAYCAN) ASC – 109 məhkəmə
“RABİTƏBANK” ASC – 89 məhkəmə
“PAŞA BANK” ASC – 83 məhkəmə
BANK “BTB” ASC – 55 məhkəmə
“YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC – 46 məhkəmə
“AZƏR-TÜRK BANK” ASC – 34 məhkəmə
“XALQ BANK” ASC – 35 məhkəmə
“AFB BANK” ASC – 19 məhkəmə
MELLİ İRAN BANKI BAKI FİLİALI – 14 məhkəmə
“BANK AVRASİYA” ASC – 10 məhkəmə
“NAXÇIVANBANK” ASC – 8 məhkəmə
“ZİRAAT BANK AZƏRBAYCAN” ASC – 4 məhkəmə
“PREMİUM BANK” ASC – 3 məhkəmə
“AZƏRBAYCAN SƏNAYE BANKI” ASC – 1 məhkəmə
Nigar