Bakı Şəhər İcra Hakimiyyətinin hərəkətsizliyi şikayətçi olan 21 nəfəri ayağa qaldırdı.
Tribunainfo.az xəbər verir ki, 21 nəfər şəxs Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı məhkəmədə iddia qaldırıb. Vətəndaşların narazılığına səbəb icra hakimiyyətinin hərəkətsizliyi, torpaq münasibətləri üzrə mübahisədir.
Bakı Apellyasiya Məhkəməsində olan işə 7 noyabr tarixində baxılacaq. İşə hakim Şərafət Məmmədova sədrlik edəcək.