2 yaşa qədər körpələrə bəlğəmgətirici siroplar təyin edilməməlidir. Belə siropların 2 yaşa qədər uşaqlara verilməsi qəti şəkildə nəsləhət deyil.
Tribunainfo.az xəbər verir ki, bu barədə danışan pediatr Nigar Süleymanovanın sözlərinə görə, bu yaşlarda körpə bəlğəmi xaric edə bilmədiyi üçün boğulma yarada bilər:
“Analar özbaşlarına aptekdə tibb bacısının və yaxud qonşunun, qohumun məsləhət bildiyi siropu alır verir uşağa və vəziyyəti daha da ağırlaşdırır. Yeri gəlmişkən, belə məqamlarda antibiotik istifadəsinə toxunmaq istəyirəm. Hər öskürən uşağa antibiotik verilmir. Körpələrdə rast gəldiyimiz uzunmüddətli öskürək virus etiologiyalıdır. Əgər körpəniz öskürürsə, yüksək qızdırması varsa vaxtında pediatra müraciət edin. Özbaşına aparılan müayinə problemi daha da uzada və artıra bilər”.