Keçən ilin aprelindəki döyüşlər zamanı Azərbaycanın işğal edilmiş torpaqlarından Ermənistana 2000-dən çox adam gedib.
Keçən ilin aprelindəki döyüşlər zamanı Azərbaycanın işğal edilmiş torpaqlarından Ermənistana 2000-dən çox adam gedib.
TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin Qaçqınlarla iş üzrə ali komissarının Ermənistan ofisinin rəhbəri Kristof Birvirt söyləyib. O, Ermənistana gələnlərin çoxunun öz qohumları və ya dostlarının yanında məskunlaşdığını bildirib:
“Aprel ayında Qarabağı tərk edənlərdən 573 nəfəri 2016-cı ilin sonuna qədər geri dönə bilib. Ermənistanda hələlik ancaq Talış kəndinin sakinləri qalırlar”.