Nostradamus və tarixin ən məşhur kahinlərindən biri olan Baba Vanqanın 2025-ci il üçün söylədiyi proqnozlar ortaq nöqtəyə çatıb. 2025-ci illə bağlı qorxulu proqnozlar verən hər iki falçı bu ilin müharibələr, epidemiyalar və təbii fəlakətlərlə dolu olacağını iddia edib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, 16-cı əsrin məşhur fransız peyğəmbəri Nostradamus “Les Prophéties” əsərində bir çox tarixi hadisələri qabaqcadan gördüyü iddiası ilə tanınır. Nostradamus 2025-ci il üçün belə təəccüblü proqnozlar verib:
İngiltərə həm daxili, həm də xarici düşmənlərə qarşı mübarizə aparacaq və amansız müharibələrə səhnə olacaq, tarixdən gələn ölümcül xəstəlik yenidən yayılacaq, 2025-ci ildə Qərb ölkələrinin təsiri azalacaq və Uzun sürən müharibələrin ancaq bu müddətdə bitəcəyini təxmin edir.
1996-cı ildə vəfat edən bolqarıstanlı Baba Vanqa 21-ci əsrlə bağlı bir çox diqqətəlayiq proqnozlar söyləyib. Onun kəhanətlərində 11 sentyabr hücumları və şahzadə Diananın ölümü kimi hadisələrin olduğu iddia edilir. Vanqa Nostradamusun 2025-ci il üçün proqnozlarına oxşar proqnozlar verib.
O, Avropanı dərindən sarsıdacaq müharibənin olacağını və bu müharibənin qitəni məhv edəcəyini proqnozlaşdırıb. O, həmçinin bildirir ki, Avropada sönmüş vulkanlar püskürəcək və Amerikanın qərb sahillərində dağıdıcı zəlzələlər baş verəcək. Baba Vanqanın fikrincə, Rusiya dünya lideri kimi güc qazanacaq və qlobal təsirini artıracaq.
Hər iki kahin 2025-ci ildə tibb və texnologiyada əhəmiyyətli irəliləyişlərin olacağını proqnozlaşdırıb: Nostradamus İngiltərənin epidemiya ilə mübarizədə qabaqcıl tibbi irəliləyişlərə imza atacağını bildirib.
Baba Vanqa laboratoriyalarda yetişdirilən orqanlar sayəsində transplantasiyaların asanlaşacağını və telepatiyanın gerçəkləşəcəyini iddia edib.
Baba Vanqa 2025-ci ildə keçiriləcək böyük bir idman tədbiri zamanı yerdənkənar canlılarla əlaqə qurulacağını iddia edib. Nostradamus, kosmik alov topunun dünyaya dəyəcəyini və böyük dağıntılara səbəb olacağını proqnozlaşdırıb.
Ceyran