2 inqrediyentlə göz altındakı dairələri yox edin

2 inqrediyentlə göz altındakı dairələri yox edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göz altındakı qara dairələr bir çox insan üçün arzuolunmaz bir mənzərədir. Xiyar və kartof insanı yaşlı və yorğun göstərən bu qara dairələrin həlli ola bilər.

Göz altındakı qara dairələrdən qurtulmaq bəzən çətin ola bilər. İstifadə etdiyiniz qulluq məhsulları və sınadığınız üsullar nə olursa olsun, onlar kifayət etməyə bilər.

Bununla belə, mətbəxinizdə olan iki inqrediyent göz altı üçün nəmləndirici və canlandırıcı təsirə malikdir. Beləliklə, kartof və xiyar ilə göz altındakı dairələrdən necə qurtula bilərsiniz ? Budur üsul.

Əvvəlcə kartof və xiyarlarınızı yaxşıca yuyun və dilimlərə kəsin. Soyuması üçün əvvəlcədən soyuducuya qoymağı unutmayın.

Soyuducudan götürdüyünüz kartof və xiyarları yuyun, qabıqlarını soyun, rəndələyin və tərəvəz suyunu çıxarmaq üçün sıxın.

Aldığınız tərəvəz suyunu soyuducuda saxlamağı unutmayın.

Sonra əlinizə bir pambıq götürün və pambığı hazırladığınız suya batırın.

Pambığı gözlərinizdə təxminən 15 dəqiqə saxlayın. Pambıq gözünüzdə olarkən, gözünüzün daxili küncündən qarğa ayaqlarına doğru 2-3 dəqiqə yumşaq bir şəkildə vurun.

Kartof və xiyar suyu ilə yanaşı, yaşıl çay və çobanyastığı çayı ilə də eyni şeyi edə bilərsiniz. Hər iki çay göz altı üçün çox faydalı ola bilər