Respublika üzrə 2 ədəd məktəbəqədər, 17 ədəd tam orta məktəb binalarının tikintisinin və 2 ədəd modul tipli tam orta məktəb binalarının quraşdırılması işlərinin layihə-smeta sənədlərinin hazırlanmasına 2 500 018 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, xidməti “Design Project” MMC göstərəcək.
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi və MMC arasında müqavilə bağlanıb.
Qeyd: Şirkətin Nizamnamə kapitalı 20 AZN-dir.










