19 YAŞLI QIZ POLİS İDARƏSİNDƏN QAÇMAQ İSTƏDİ, BAŞINA İŞ GƏLDİ-VİDEO

19 YAŞLI QIZ POLİS İDARƏSİNDƏN QAÇMAQ İSTƏDİ, BAŞINA İŞ GƏLDİ-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda xuliqanlıq etdiyinə görə həbs edilən 19 yaşlı Rusiya vətəndaşı Yuliya Maksimovskaya polis idarəsindən qaçmaq istəyərkən xəsarət alıb. Tribunainfo.az yazır ki, İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, dekabrın 12-də saat 21:30 radələrində Erebuni və Nubaraşen şöbəsində qarşıdurmadan sonra qız tualetə getməyi xahiş edib.

Maksimovskaya tualetdə pəncərədən qaçmağa çalışsa da, qaçmaq əvəzinə, məhbusların gəzintisi üçün nəzərdə tutulan əraziyə düşüb. Yıxılan zaman qızın bir neçə qabırğası sınıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkmişi xəstəxanaya çatdırıblar. Faktiki olaraq xuliqanlıq işi ilə yanaşı, qaçmağa cəhd işi də başlanıb. Yada salaq ki, Maksimovskaya dekabrın 8-də Ermənistan paytaxtının mərkəzində baş verən insidentdə iştirak etməklə fərqlənib.